18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Hörmətli cənab Şuyok,
Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2024-cü il
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00