Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru David Aptsiauridən

24 fevral 2024, 14:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Prezident seçkiləri bütün mövcud ehtiyatları səfərbər edərək
30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olan, ölkənin sabit və uğurlu inkişafı üçün zəruri şəraiti yaradan əsl lider kimi Sizə Azərbaycan xalqının yekdil dəstəyini əyani şəkildə nümayiş etdirdi.

Prezident seçkiləri zamanı Bakıya səfər etmək şərəfinə nail oldum və paytaxt sakinlərinin sevinclə, yüksək əhvali-ruhiyyə ilə və Azərbaycanın gələcək uğurlarına inamla səsvermədə iştirak etmələrinə, dövlətin möhkəmlənməsi, insanların rifahı üçün göstərdiyiniz xidmətlərə görə Sizə səmimi minnətdarlıqlarını bildirmələrinə şəxsən şahid oldum.

Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın daha da inkişafı, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, Gürcüstan ilə strateji, qardaşlıq münasibətlərinin dərinləşməsi üzrə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

David Aptsiauri

Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru,

fövqəladə və səlahiyyətli səfir, professor

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43