“Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27 yanvar 2024, 14:33

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1872 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə ilə yaradılmış İşçi qrupun tərkibi aşağıdakı redaksiyada verilsin:

“İşçi qrupun rəhbəri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


İşçi qrupun üzvləri:


Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Salyan Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.”.

2. 2-ci hissə üzrə:

2.1. birinci abzasdan “müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə” sözləri çıxarılsın;

2.2. 2.1-ci bənddən “və onun həyata keçirilməsinin ətraflı planını” sözləri çıxarılsın;

2.3. 2.2-ci bənddən “ərazi sərhədləri, həmin sərhədlər daxilində” və “hüdudları, Azad Zona ərazisinin” sözləri çıxarılsın;

2.4. 2.4-cü bənd üzrə:

2.4.1. birinci abzasdan “ilkin mərhələdə” sözləri çıxarılsın;

2.4.2. 2.4.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.4.2. əsas nəqliyyat və mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını;”;

2.4.3. aşağıdakı məzmunda 2.4.3–2.4.5-ci yarımbəndlər əlavə edilsin:

“2.4.3. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları;

2.4.4. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları;

2.4.5. aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün xərclər proqnozunu:

2.4.5.1. mövcud tikililərin və mühəndis-kommunikasiya qurğuları və xətlərinin köçürülməsi;

2.4.5.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi;

2.4.5.3. bu Sərəncamın 2.4.2-ci yarımbəndində göstərilən işlərin həyata keçirilməsi.”;

2.5. 2.5-ci bənd ləğv edilsin.

3. 3-cü hissə ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43