19:05
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir.
16 may 2024, 19:05Prezident İlham Əliyev Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində son illər paytaxtın müxtəlif rayonlarında genişmiqyaslı tədbirlər həyata keçirilmiş, çoxlu sayda yolötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, müasir tələblər səviyyəsində yeni avtomobil yolları salınmışdır. Bu cür qurğuların və yolların inşası paytaxtın müxtəlif rayonlarında hazırda da davam edir.
Nəqliyyat naziri Ziya Məmmədov Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarında görülmüş əsaslı təmir və yenidənqurma işlərindən sonra texniki göstəricilər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaqdır. Qeyd olundu ki, 2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdır. Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülmüşdür. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icrasına başlanılmış 9 kilometrlik Pirşağı-Zabrat yolunun yenidən qurulması isə yarımadanın şimal hissəsində yerləşən və 200 mindən çox əhalisi olan kənd və qəsəbələrin nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaqdır.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir.
16 may 2024, 19:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:55Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:00