10 sentyabr 2012, 10:12
Zakir Hüseynovdan, Gəncə, Azərbaycan
Hörmətli Zati-aliləri!
Sizin Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğı Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş işlərin davamıdır. Azərbaycan xalqının mərd və mübariz oğlu Ramil Səfərovun azadlığa buraxılması Sizin Azərbaycan gəncliyinə olan diqqət və qayğınızın bariz nümunəsidir. Biz təhsil işçiləri bu münasibətlə Sizə öz minnətdarlığımızı bildirir və inanırıq ki, Sizin rəhbərliyiniz altında Qarabağı işğaldan azad edəcəyik. Tanrı Sizi qorusun!
Gəncə şəhər təhsil işçiləri adından hörmətlə,
Hüseynov Zakir,
Təhsil idarəsinin müdiri, əməkdar müəllim.
Azərbaycan Respublikası, Gəncə şəhəri.