İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlmişdir

19 may 2012, 23:00
İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlmişdir

Prezident İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gəlmişdir.

Dövlət başçısının şərəfinə Çikaqo şəhərinin “Oʼ Hare” Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşıladılar.