Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur

05 aprel 2012, 17:00
Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur

Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının regional inkişaf naziri Kamil Yankovski imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının mədəniyyət naziri Alena Hanakova imzaladılar.

“Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Çexiya Respublikasında səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukeş imzaladılar.

“M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumu”nu Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Böhm imzaladılar.

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43