İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur

16 may 2010, 10:10
İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinəfəxri qarovul dəstəsi düzülmüşdü. 

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevəraport verdi. 

Prezident İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi. 

İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. 

İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı. 

Azərbaycanın dövlət vəhökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndəheyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. 

Prezidentlər rəsmi foto çəkdirdilər.