İlham Əliyev Sumqayıtda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

19 dekabr 2011, 15:00
İlham Əliyev Sumqayıtda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir.

Dövlət başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verildi.