Azərbaycan Respublikası müdafiə sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 dekabr 2018, 16:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar dövlət qulluqçusu”

Zeynalov Vaqif Əziz oğlu

“Əməkdar mühəndis”

Məmmədov Sədrəddin Abbas oğlu

Virskiy İqor Sergeyeviç.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2018-ci il.