İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır

09 avqust 2011, 21:50

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.

Azərbaycan dövlətinin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola saldılar.

X X X

Dövlət başçısı həmin gün axşam Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.