Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

01 avqust 2011, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar İncəsənət Xadimi”

Quliyev Rövşən Cavanşir oğlu
Məmmədov Böyükağa Zeynaloviç
Şıxlinski Ziya Ənvər oğlu

“Əməkdar Artist”

Hüseynova Kəmalə Müzəffər qızı
Qurbanova Gülzar Qurban qızı
Səmədov Əliqulu Qüdrət oğlu

“Əməkdar Mədəniyyət İşçisi”

Dadaşov İsmayıl Cabir oğlu
Kərimova Tatyana Alekseyevna
Qalabəyov Şahin Zahid oğlu
Məmmədov Əziz Əmirbala oğlu
Sultan-zadə Almaz Hacıbaba qızı
Şarkovkina Lidiya İvanovna

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2011-ci il.