15:30
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan
06 mart 2018, 15:30Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı və xeyli insanın xəsarət alması ilə nəticələnmiş yanğınla əlaqədar səmimi başsağlığımı qəbul edin.
Bu çətin anda Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan xahiş edirəm, həlak olanların bütün doğmalarına və yaxınlarına onların kədərinə şərik olduğumu və səbir dilədiyimi, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırasınız.
Dərin hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14