İlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib

01 fevral 2018, 10:30
İlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “Smart Africa” Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib.

Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırladı. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğuladı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00