10:55
Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü başlayıb.
19 may 2024, 10:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz.
Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək.
Sizə möhkəm cansağlığı, Tanrının Sizə yardımçı olmasını və Prezident kimi ali xidmətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Kirill
Moskvanın və bütün Rusiyanın patriarxı
Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü başlayıb.
19 may 2024, 10:55Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50