XƏBƏRLƏR
19 may 2024
12:00
12:00
Azərbaycan Respublikasında ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2017-ci il.