İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13 iyul 2017, 15:40
İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

Səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğuladı. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı və ümidvar olduğunu bildirdi ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırdı. O, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğuladı. Səfir qeyd etdi ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirdi ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirdi. Səfir vurğuladı ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd etdi və bildirdi ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlətimizin başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57