Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia İtzikdən

06 iyul 2017, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bu kədərli günlərdə Sizə dəstəyimizi bildirməyi və ölkələrimiz arasındakı möhkəm dostluğu vurğulamağı vacib hesab etdim.

Zati-aliləri, icazə verin son günlərdə həyatlarını itirənlərlə bağlı başsağlığımı çatdırım və yaralananların tezliklə şəfa tapmalarını diləyim.

Təəssüf ki, mənim xalqım da münaqişə və itkilərin ağrısını yaxşı bilir. Bu illər ərzində xalqlarımız əsgərlərinin və mülki əhalisinin canı və qanı bahasına əsas problemlərin öhdəsindən gəlməyi öyrənib.

İndi, Sizin gözəl ölkəniz yeni çağırışla üzləşməyə məruz qalır. Lakin təcrübəmiz bizə inamlı olmağı və heç vaxt qorxmamağı öyrədib. Heç şübhəm yoxdur ki, Siz güclü rəhbərliyiniz və zəkanızla xalqınızı daha uzun illər hər kəs üçün sülh və rifah təmin edəcək doğru yolla irəli aparacaqsınız.

İcazə verin, dostlarınız kimi Sizə bir daha həqiqi dəstəyimizi və fikirlərimizi bildirim. Hər zaman Sizə kömək etməyə hazıram.

Hörmətlə,

 Dalia İtzik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,
İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00