11 may 2017, 10:50

İlyas Məmmədov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərinın inkişafı, əhalinin firavan yaşaması üçün göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Şəhərimiz gündən-günə gözəlləşir, insanların rifah halı yaxşılaşır. Biz bu ürəkaçan nəticələri, çoxsaylı uğurları Sizin yorulmaz və fədakar əməyiniz sayəsində əldə etmişik.

Əziz Prezidentimiz, Sumqayıta və sumqayıtlılara göstərdiyiniz qayğıya görə Sizə cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov İlyas,

İbrahimova Çimnaz,

Məmmədov Yusif,

Abdullayeva Yeganə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 18-ci mikrorayon.