04 may 2017, 16:15

Qabil Quliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Milli teatr sənəti qarşısında xidmətlərimi yüksək qiymətləndirərək məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizin teatr sənətinə, yaradıcı insanlara göstərdiyiniz diqqət və qayğı göz önündədir. Göstərdiyini bu qayğınızı doğrultmaq üçün biz milli ideologiyamızın, dövlətçiliyimizin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində daim ön sırada olmuşuq, həmişə də öndə olacağıq.

Gündən-günə çiçəklənən Azərbaycanımızın Sizin sayənizdə bu gün dünya dövlətləri arasında öz layiqli yerini tutması, Silahlı Qüvvələrimizin apardığı uğurlu döyüş əməliyyatları bir Prezident, Ali Baş Komandan kimi Sizin uğurlu siyasətinizin nəticələridir.

Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Quliyev Qabil, Xalq Artisti.

Azərbaycan Respublikası, Lənkəran rayonu.