İsveçrə Konfederasiyasının Prezidenti Doris Loyharddan

10 aprel 2017, 14:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bu il yanvarın 21-də qeyd olundu. Bu münasibətlə mən Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sizinlə fikir mübadiləmizi çox yüksək qiymətləndirirəm.

Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram. İdarəetmənin yaxşılaşdırılması, özəl sektorun təşviqi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın iqtisadiyyatına çoxsaylı İsveçrə şirkətləri də daxil olmaqla, qlobal marağı artırmışdır. Bizim çoxşaxəli tərəfdaşlığımız özünü Bretton Vuds institutları çərçivəsində də büruzə verir. Azərbaycan bizim buradakı seçki qrupunda mühüm və yüksək qiymətləndirilən rola malikdir.

Mən, həmçinin Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Sizə bu təşəbbüsünüzdə uğurlar arzulayıram.

Sizə və Azərbaycan xalqına dostcasına yeni uğurlar diləyir, xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Doris Loyhard

İsveçrə Konfederasiyasının Prezidenti

SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06