21 fevral 2017, 12:30

Xanım Əhmədzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəlməsi naminə gördüyünüz işlərə, bir çox sahədə qazandığınız tarixi uğurlara görə Sizə təşəkkür edirəm.

Çox məmnunam ki, Sizin məmurlar qarşısında qoyduğunuz tapşırıqlar öz səmərəsini verir, çətinliklə üzləşən vətəndaşlardan qayğı və diqqət əsirgənilmir. Qarşılaşdığım problemlə bağlı Prezident Administrasiyasında qəbulda olduğum zaman bunu bir daha hiss etdim.

Əziz Prezidentimiz, bir ana olaraq son nəfəsimə kimi Sizə duaçıyam. Allah Sizi, dövlətimizi, xalqımızı və əzizlərinizi qorusun.

Hörmətlə,

Əhmədzadə Xanım Ağamirzə qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi.