Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09 fevral 2017, 18:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əsgərli Yunis Sabir oğlu – polkovnik

Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik

Tağıyev Eldar İsgəndər oğlu – polkovnik

Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant

Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant

Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant

Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant

Heybətov Nizami Mikayıl oğlu – mayor

Məmmədov Fərman Sabir oğlu – mayor

Heydərov Lətif Hüseyn oğlu – kapitan.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00