Sankt-Peterburqun qubernatoru Qriqori Poltavçenkodan

31 dekabr 2016, 14:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə Sizi Sankt-Peterburq Hökuməti, Rusiyanın Şimal paytaxtının sakinləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. 

Siz öz fəaliyyətinizi doğma ölkəyə xidmət işinə həsr etməklə bərabər, mehriban dostları və tərəfdaşları daim xatırlayır, təşəkkül tapmış münasibətləri qiymətləndirirsiniz. Sankt-Peterburqda bunu xüsusi qiymətləndirirlər. Sizin diqqətiniz və səyləriniz sayəsində əməkdaşlığımız inamla inkişaf edir və getdikcə daha məzmunlu və miqyaslı olur. Ümidvaram ki, Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikası arasında yaradılmış iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiya əlaqələrimizin inkişafına yeni təkan verəcək. 

Əminəm ki, Sizin enerjiniz, müdrikliyiniz, fəal həyat mövqeyiniz Azərbaycan xalqının gələcək inkişafına, Sankt-Peterburq ilə Azərbaycan arasında mədəni və işgüzar əlaqələrin möhkəmlənməsinə bundan sonra da kömək edəcək. 

Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. 

Hörmətlə,

Qriqori Poltavçenko
Sankt-Peterburqun qubernatoru