Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri Milo Cukanoviçdən

26 dekabr 2016, 13:07

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Monteneqronun Sosialistlərin Demokrat Partiyasının rəhbərliyi adından və şəxsən öz adımdan 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, dost Azərbaycan xalqının və ölkənizin rifahı naminə məsuliyyətli prezident vəzifəsinin icrasında uğurlar arzu edirəm.

Fürsətdən istifadə edərək Baş nazir mandatının bitməsi ilə əlaqədar Monteneqro ilə Azərbaycan arasında uzun illər əməkdaşlığa və birgə səylərimlə qurduğumuz möhkəm ikitərəfli əlaqələrə görə Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda ölkənizə rəhbərlik edəcək, qarşılıqlı maraqlara əsaslanan ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə və inkişafına şəxsi töhfənizi verəcəksiniz. Öz tərəfimdən ölkələrimizin dövlət işlərində və ictimai həyatında böyük rol oynayan partiyalarımız arasında da əməkdaşlıq vasitəsilə əlaqələrimizə töhfə verməyə davam edəcəyəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Milo Cukanoviç

Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00