İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub

28 noyabr 2016, 17:15
İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi yenidən görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz.

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu, onu göstərir ki, dövlətlərimiz arasında münasibətlər son dərəcə yaxınlıq və dostluq xarakteri daşıyır. Biz Minskdə, Bakıda, başqa yerlərdə beynəlxalq tədbirlər çərçivəsində müntəzəm görüşürük. Həmişə Sizinlə fikir mübadilələri faydalı və xoş olur. Biz Sizinlə son illər ərzində ikitərəfli formatda xeyli məsələləri həll etmişik. Çox yaxşı nəticələr var. Hər dəfə yenidən görüşəndə biz görülən işlərə yekun vuraraq belə qənaətə gəlirik ki, hətta qısa müddətdə ortada nəticə var. Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Sizi, Azərbaycanın yaxın dostunu, Azərbaycanda çox sevilən və hörmət bəslənilən bir insanı yenidən Bakıda görmək mənə çox xoşdur. Əminəm ki, Sizin bugünkü səfəriniz əməkdaşlığımıza yeni təkan verəcək. Münasibətlərimizin perspektiv inkişaf istiqamətlərini müəyyən edəcək xeyli sənədlər imzalanacaq. Əlbəttə ki, biz Sizinlə ikitərəfli, regional, hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlər barədə də söhbət edəcəyik. Biz dost və tərəfdaşıq. Bir daha səmimi qəlbdən “Xoş gəlmisiniz” deyirəm. Dəvəti qəbul edib gəldiyinizə görə təşəkkür edirəm. Sizə uğurlu və xoş səfər arzulayıram.

X X X

Prezident Aleksandr LUKAŞENKO dedi:

-Xoş sözlərə görə çox sağ olun, İlham Heydər oğlu. Dəvətə görə sağ olun. Təbii, bilirsiniz ki, bizim müzakirə ediləsi və Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək fəaliyyət yollarını müəyyənləşdirəsi problemlərimiz var. Düzünü desəm, hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən bütün bu əsas məsələlər ikinci plana keçir. Mən görürəm ki, Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.

Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq.

Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz. Təşəkkür edirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57