İlham Əliyev Eritreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

05 noyabr 2016, 15:00
İlham Əliyev Eritreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev  Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.

Səfir Petros Tseqqai Asghedom fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Petros Tseqqai Asghedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Petros Tseqqai Asghedom Eritreya Dövlətinin Prezidenti İsaias Afeverkinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. Səfir əməkdaşlığımızın inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin o qədər də fəal olmadığını vurğulayan dövlətimizin başçısı İlham Əliyev Petros Tseqqai Asghedomun səfir kimi Azərbaycanda fəaliyyətinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi. Ticarət sahəsində əməkdaşlığın çox aşağı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirin ölkəmizin müxtəlif strukturlarının nümayəndələri ilə çoxlu görüşlər keçirəcəyinə, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:48
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

20 may 2024, 16:48
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:46
“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi...

20 may 2024, 16:46