Slovakiya Respublikasının Prezidenti Andrey Kiskadan

28 oktyabr 2016, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ölkənizin dövlət bayramı münasibətilə mənim adımdan və Slovakiya Respublikasının vətəndaşları adından təbriklərimizi qəbul edin.

Ümidvaram ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.

Sizin ölkənizə və onun bütün vətəndaşlarına səmimi qəlbdən uğurlu inkişaf, firavanlıq və demokratik vətəndaş cəmiyyəti quruculuğu işində əzmkarlıq arzu edirəm.

Hörmətlə,

Andrey Kiska

Slovakiya Respublikasının Prezidenti