22 iyun 2016, 16:20
Maarif Bəşirovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
İyunun 17-dən 19-dək Bakıda Formula-1 Avropa Qran-prisinin canlı seyrçisi oldum. Bu yarışın paytaxtımızda keçirilməsi Azərbaycanın müstəqil ölkə olaraq inkişaf etdiyini və dünyada tanındığını bir daha göstərdi. Şəxsən mən istərdim ki, ölkəmizdə belə yarışlar tez-tez keçirilsin.
Əziz Prezidentimiz, mən qürur duyuram ki, Azərbaycanda yaşayıram, bu Vətənin oğluyam və Sizin kimi Prezidentimiz var.
Hörmətlə,
Bəşirov Maarif Oruc oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.