15:30
2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 may 2016, 15:55Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Ramiz Mahmud oğlu Məmmədov – "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə
Elbrus Kərim oğlu Əlizadə
Məhərrəm Səməd oğlu Həsənov
Zakir Namin oğlu Eminov
Ədəbiyyat sahəsi üzrə
Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2016-cı il .
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14