Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 fevral 2016, 18:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Filip Kreven

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

“Tərəqqi” medalı ilə

Adilov Tahir Alizaman oğlu

Əhmədov Əfqan Nurbala oğlu

Əhmədov Mehti Nəriman oğlu

Həmidov Şaiq Məmməd oğlu

Hüseynov Elşən Əliqara oğlu

İbişov İlqar Əsgər oğlu

Kərimova Vüsalə Akif qızı

Kəsəmənski Ramin İlham oğlu

Qasımov Natiq Misir oğlu

Məmmədov Vüqar Ənvər oğlu

Şahtahtinski Oktay Adil oğlu

Vəliyeva Zinyət Səyyad qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2016-cı il.