Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib

06 dekabr 2015, 13:05

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.