İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub

11 sentyabr 2015, 18:15
İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub. 

Prezident Nursultan NAZARBAYEV dedi: 

- Hörmətli İlham Heydər oğlu, Sizi Astanada salamlayıram. Sizin səfəriniz bizim üçün həmişə xoşdur. Xalqlarımız arasında bütün istiqamətlər üzrə yaxınlıq var. Bu gün biz qaynaqlar barədə danışdıq. Bundan başqa, ölkələrimiz arasında heç vaxt həll edilməmiş heç bir problem olmayıb – istər sovet dövründə, istərsə də müstəqillik illərində. Dostluq hissi, bir-birimizə etimad, bir-birimizin qayğısına qalmaq hissləri olub, Sizinlə bərabər sevinmişik, Sizinlə bərabər kədərlənmişik. Buna görə də düşünürəm ki, Sizin hər bir səfəriniz, bizim hər görüşümüz ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə yeni səhifədir. 

İndi çətin dövrdür. Dünyada böhran gedir, bizim ixrac mallarının qiyməti azalır. Qiymətlər ölkələrimiz arasında ticarətə də, əmtəə dövriyyəsinə də mütləq mənada təsir göstərir. Lakin bunu dəf etmək və ümumi təmas nöqtələri tapmaq lazımdır. 

Siz Türkdilli Ölkələrin Sammitində iştirak etməyə gəlmisiniz. Bu gün lütfkarlıq göstərərək bizim ciddi tədbirlərdə iştirak etdiniz. Biz öz tariximizə, öz qaynaqlarımıza nəzər saldıq. Bu zalda əyləşən bütün qazaxıstanlılar üçün qardaş Azərbaycan xalqının rəhbərini burada görmək çox xoş idi. 

Mən sizin səfərinizi alqışlayıram.

X X X

Prezident İlham ƏLİYEV dedi: 

-Çox sağ olun, hörmətli Nursultan Abişeviç. Dəvət üçün sağ olun. Mən qardaş Qazaxıstana sevinc hissi ilə yenidən səfər edirəm. 

Sizin qeyd etdiyiniz kimi, bu gün səhər biz Qazax xanlığının yubileyinə həsr edilmiş təntənəli tədbirdə birlikdə olduq. Sizin çıxışınız, Qazaxıstanın tarixi keçmişinin və bugünkü inkişafının təhlili bir daha göstərdi ki, müstəqil Qazaxıstanın uğurlarının çox dərin milli, tarixi kökləri var. 

Sizin qeyd etdiyiniz kimi, xalqlarımızı həmişə dostluq, əməkdaşlıq, qardaşlıq telləri bağlayıb. Biz bir-birimizə həmişə böyük hörmət bəsləmişik, bir-birimizi dəstəkləmişik. İkitərəfli münasibətlərin dinamik inkişafı bu gün də davam edir. Bizim aramızda bütün istiqamətlər üzrə tam qarşılıqlı anlaşma var. Prezidentlər səviyyəsində biz çox tez-tez görüşürük – həm Qazaxıstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə keçirilən tədbirlər çərçivəsində. Həmişə də ikitərəfli və regional məsələləri açıq müzakirə edirik. Əlbəttə, bu gün dünya iqtisadiyyatında yaranmış vəziyyət bizi narahat edir və düşünürəm ki, bu gün biz bu mövzunu da müzakirə edəcəyik. Lakin qeyd etməliyəm ki, bizim hesablamalara görə, Qazaxıstan bu vəziyyətdən minimal itki ilə çıxır. Hərçənd, ölkələrimiz neftin istehsalçıları və ixracatçıları kimi təbii ki, bu sınağa məruz qalıblar. Lakin bu da bizim səmərəliliyimiz üçün bir test olacaq. Düşünürəm ki, sizin qeyd etdiyiniz kimi, biz bunun öhdəsindən ləyaqətlə gələcək və uğurla irəli gedəcəyik.

X X X

Söhbət zamanı prezidentlər ortaq tarixi, mədəniyyəti, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd etdilər və mövcud potensialdan səmərəli istifadə edilməsində belə tədbirlərin xüsusi önəm daşıdığını vurğuladılar. 

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardılar. 

Görüşdə bir sıra regional və beynəlxalq məsələlər müzakirə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57