Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

03 iyul 2015, 18:00

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram. 

Hörmətlə, 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 iyul 2015-ci il.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00