İlham Əliyev taekvondo yarışlarında Ayxan Tağızadənin final uğrunda mübarizəsini izləyib

17 iyun 2015, 22:50
İlham Əliyev taekvondo yarışlarında Ayxan Tağızadənin final uğrunda mübarizəsini izləyib

“Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə daha iki çəki dərəcəsində yarışlar keçirilib. Kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gənc idmançımızın finala çıxmaq uğrunda mübarizəsini izləyiblər.

Ayxan Tağızadə yarışa ilkin mərhələdən başladı. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşdı. On doqquz yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazandı. Bu mərhələdə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxdı.

Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşdı. Rəqib üzərində inamlı qələbə qazanan idmançımız birinci Avropa Oyunlarının çempionu oldu.

Sonra qaliblərin mükafatlandırılması mərasimi oldu.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağımız ucaldıldı.

Beləliklə, Azərbaycan birinci Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 11-ə çatdırdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06