Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkundan

29 may 2015, 17:08

Hörmətli cənab Prezident,

İcazə verin, ilk növbədə, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın regionda dialoqun gücləndirilməsinə və iqtisadi inkişafın genişləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir. Əminəm ki, Sizin özünəməxsus təcrübəniz və geniş baxışınız təşkilat ilə Azərbaycan Respublikası arasında daha yaxşı anlaşmaya yol açacaq.

Sizə ali dövləti fəaliyyətinizdə hərtərəfli uğurlar, Azərbaycan xalqına isə sülh, tərəqqi və sabitlik arzu edirəm.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən dərin ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

Viktor Tsvirkun
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi