Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk İlham Əliyevə telefonla zəng etmişdir

21 may 2015, 14:15

Mayın 21-də Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı vermişdir.

Azərbaycan Respublikasının Prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilmişdir. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparmışlar.

Dövlətimizin başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul edilmişdir.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00