İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28 mart 2015, 18:12
İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.

Səfir Xorke Abarka del Karpio fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xorke Abarka del Karpio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Xorke Abarka del Karpio paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Peru arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo