İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17 noyabr 2014, 17:00
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Sultan Bin Səid Əl Mansuri ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izlənildiyini dedi. Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi. Ölkəmizdə yeni inkişaf layihələrinin uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizdə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00