Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 oktyabr 2014, 19:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Vəliyev Vilayət Məmməd oğlu
Yusifbəyli Nurəli Adil oğlu.

“Əməkdar mədəniyyət işçisi"

Abbasəliyeva Səyalı Zal qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2014-cü il.