14:10
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmiş, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Xəmsə” abidəsi, “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara cavab verən 4 mehmanxana tikilmiş, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulmuş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2014-cü il.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00