İlham Əliyev Gəncənin Cavad Xan küçəsində sakinlərlə görüşüb

18 oktyabr 2014, 16:00
İlham Əliyev Gəncənin Cavad Xan küçəsində sakinlərlə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində olublar.

Dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət etdilər.

Prezident İlham ƏLİYEV: Salam, necəsiniz?

SAKİN: Çox sağ olun, cənab Prezident. Oğlum bayaqdan Sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib.

Prezident İlham ƏLİYEV: Neçə yaşı var?

SAKİN: Beşinci sinifdə oxuyur.

Prezident İlham ƏLİYEV: Adın nədir?

UŞAQ: Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.

Mehriban ƏLİYEVA: Sən də bizi çağır, gələk sənin ad gününə.

Prezident İlham ƏLİYEV: Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?

EMİN: 19 mart.

Prezident İlham ƏLİYEV: Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.

Mehriban ƏLİYEVA: Uğurlar sizə.

SAKİNLƏR: Xoş gəlib, səfa gətirmisiniz. Allah Sizi qorusun. Həmişə Siz gələsiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar VƏLİYEV: Mehriban xanım, bu, Zinger qardaşlarının binası olub. Binanın fasadında “Zinger” tikiş maşınının emblemi də durur. İndi yaşayış binasıdır.

Küçədəki çayxananın qarşısından ötən Prezident İlham Əliyevi salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bayramınız mübarək olsun. Bu gün Müstəqillik Günüdür. Sizi ürəkdən təbrik edirəm. Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə çevrilib.

SAKİN: Möhtərəm cənab Prezident, Gəncəyə xoş gəlmisiniz. Gəncəlilər Sizi çox sevirlər. Bu gün Gəncədə olan obyektlərə baxdınız. Gəncə həmişə şeir, musiqi Vətəni sayılıb. Ancaq bir yaxşı filarmoniyamız, Dram Teatrımız yox idi.

Prezident İlham ƏLİYEV: İndi olacaq.

SAKİN: Bəli, Sizə minnətdarıq, təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun. Mehriban xanıma da minnətdarıq. Sizin də bayramınız mübarək olsun.

Sonra dövlət başçısı və xanımı Cavad Xan küçəsindəki türk restoranına baş çəkdilər.

Restoran işçiləri: Xoş gəlmisiniz. Buyurun qonağımız olun. Biz əsasən türk yeməkləri bişiririk.

Prezident İlham ƏLİYEV: Siz özünüz haralısınız?

Restoranın işçisi: Qaziantepdənəm. Restoranımıza gəldiyiniz üçün Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sizə uğurlar arzulayıram, sağ olun.

Daha bir neçə sakin dövlət başçısını və xanımını səmimiyyətlə salamlayıb dedilər:

- Bizim gözəl Gəncəyə xoş gəlmisiniz. Sizə cansağlığı arzu edirik. Bizim Gəncə Sizin sayənizdə gündən-günə gözəlləşir, inkişaf edir.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizə uğurlar arzu edirəm.

                                                                                           X X X

Dövlət başçısı və xanımı gəzinti zamanı sakinlərlə xatirə şəkilləri çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57