Rusiya Federasiyası İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurovdan

24 dekabr 2010, 20:40

Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!

Uzun illərdir Siz bütün gücünüzü, təcrübənizi və biliyinizi Azərbaycan Respublikasının tərəqqisinə sərf edərək planları məharətlə real işlərə çevirirsiniz. 

Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz respublikanın sosial-iqtisadi inkişafını, əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edir. 

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. 

Hörmətlə, 

Yunusbek Yevkurov
Rusiya Federasiyası İnquşetiya Respublikasının Prezidenti 

Maqas, 24 dekabr 2010-cu il.