İlham Əliyev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət nazirini qəbul edib

20 sentyabr 2014, 14:00
İlham Əliyev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqstonu qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirildi.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00