İlham Əliyev Serbiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12 avqust 2014, 13:10
İlham Əliyev  Serbiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırdı. 

Serbiyanın müdafiə naziri Bratislav Qaşiç dedi: “Cənab Prezident, Sizinlə - Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirirəm”. Nazir Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafına toxunan B.Qaşiç ölkələrimiz arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğuladı. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00