Benin Respublikasının Prezidenti Zati-aliləri cənab Boni Yayiyə

31 iyul 2014, 18:15

Hörmətli cənab Prezident,

Benin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2014-cü il.