İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olmuşdur

01 dekabr 2010, 10:01
İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olmuşdur

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulandı. Bildirildi ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulandı. 

gallery-photogallery-photogallery-photo