Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 aprel 2014, 16:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adı verilsin:

Ağalarova Şəhla Köçəri qızı
Babayeva Sevil Sultanovna
Əhmədova Firdovsiyə Firdovsi qızı
Quliyev Musa Nizam oğlu
Nağıyev Fəxrəddin Tağı oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2014-cü il.