Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə

18 aprel 2014, 15:25

Hörmətli xanım Prezident,

“Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 aprel 2014-cü il.