İlham Əliyev Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin başçılarının iclasında iştirak etmişdir

20 noyabr 2010, 20:00
İlham Əliyev Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin başçılarının iclasında iştirak etmişdir

Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Prezident İlham Əliyev iclas başlamazdan əvvəl dünya ölkələrinin liderləri ilə görüşdü.

NATO ölkələrinin dövlət və hökumət başçılarının, habelə Əfqanıstan Prezidenti Həmid Kərzainin, BMT-nin baş katibi Pan Gi Munun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri iclasda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dedi ki, ötən illərdə Əfqanıstan böyük inkişaf yolu keçmiş, ölkədə geniş bərpa və quruculuq işləri aparılmış, təhlükəsizlik gücləndirilmiş, idarəçilik təsisatları möhkəmləndirilmişdir. Əfqanıstanın bu inkişafında iclasda iştirak edən tərəflərin hər birinin payı vardır.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Dövlət başçısı bildirdi ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında fəal olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti sülhməramlı qüvvələrimizin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verdiyini vurğuladı.

İclas başa çatdıqdan sonra Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Daha sonra iclasda iştirak edən dövlət və hökumət başçıları birgə nahar etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2024
14:49
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının...

30 oktyabr 2024, 14:49
SƏNƏDLƏR Fərmanlar 29 oktyabr 2024
16:15
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

29 oktyabr 2024, 16:15